PULLARI TAKSİ SÜRÜCÜSÜ OĞURLAMIŞDI

16-08-2019, 23:34           
PULLARI TAKSİ SÜRÜCÜSÜ OĞURLAMIŞDI
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar RPŞ-nə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib. Həmin sürücü Qusar RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.