TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB

16-09-2019, 15:12           
TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB
Yeni dərs ilinin başlanması və təhsil müəssisələrində təhlükəsizliyin tam təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az- a verilən məlumata görə, keçirilən kütləvi tədbirlər tədbirlər zamanı RPŞ-nin əməkdaşları rayon ərazisində ictimai təhlükəsizliyin təmin olunmasında üzərlərinə düşən tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla vəzifələrin öhdəsindən layiqincə gəliblər.
İlk dərs günü küçə və prospektlərə nəqliyyat axınının sıx olduğunu nəzərə alan polis əməkdaşları, təhsil ocaqlarının yerləşdiyi əraziləri nəzarətə götürərək mühafizəsini tam təmin ediblər. Bundan əlavə piyada keçidlərində baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısını alınması istiqamətində şöbə əməkdaşları tərəfindən qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilib, məktəblərin qarşısında yarana biləcək süni tıxacların qarşısının alınması istiqamətində zəruri bütün tədbirləri görülüb.
Xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.