UEFA Çempionlar Liqası: PSJ-dən asan, "Liverpul"dan isə çətin qalibiyyət VİDEO

Bu gün, 11:28           
UEFA Çempionlar Liqası: PSJ-dən asan, "Liverpul"dan isə çətin qalibiyyət  VİDEO
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "Liverpul" "Atletiko Madrid"lə, PSJ isə "Atalanta" ilə üz-üzə gəlib.

"Liverpul" - "Atletiko Madrid" matçı gərgin mübarizə şəraitində keçib. Görüşə sürətli hücumlarla başlayan ev sahibləri artıq altı dəqiqəyə iki qol vura biliblər. Endrü Robertson və Məhəmməd Salah rəqib qapıçısını məyus edən futbolçular olublar.

Lakin Madrid təmsilçisi təslim olmaq istəmirdi. Markos Lyorente dubla imza ataraq hesaba tarazlıq gətirib. Son dəqiqələrdə Vircil van Deyk səhnəyə çıxaraq komandasına çətin qələbə qazandırıb. Matç 3:2 hesab ilə yekunlaşıb.
PSJ doğma meydanda "Atalanta"ya heç bir şans verməyib. Parislilər 4:0 hesabı ilə inamlı qələbə qazanıblar. Rəqib qapısından topu keçirən oyunçular isə Markinyos, Xviça Kvaratsxeliya, Nunu Mendeş və Qonsalu Ramuş olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru