Hacıqabulda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

26-09-2022, 15:30           
Hacıqabulda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb[s][/s]
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.