Vaşinqton administrasiyası və Çin hakimiyyəti "TikTok" sosial şəbəkəsinin ABŞ-dəki gələcək fəaliyyəti ilə bağlı razılıq əldə ediblər. Bu barədə "Reuters" agentliyi ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla məlumat yayıb.
Məlumata görə, Bessent Madriddə Çin rəsmiləri ilə aparılan danışıqlardan sonra belə bir açıqlama verib. Nazir bildirib ki, tərəflər çərçivə sazişi hazırlayıblar, lakin hələlik ətraflı məlumat açıqlanmayıb. O həmçinin qeyd edib ki, ABŞ və Çin yaxın həftələrdə yeni məsləhətləşmələr aparacaqlar.
ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir isə aydınlaşdırıb ki, razılaşma Çinə məxsus "TikTok" sosial şəbəkəsinin ABŞ şirkətinin nəzarətinə keçməsini nəzərdə tutur.