Çağırışa gedən təcili yardım maşını palçığa batdı - Video-Yenilənib
Bu gün, 00:09
Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili palçıqlı yolda qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Palçığa batdığı üçün yolda qalan maşındakı həkim yoluna piyada davam etməli olub.
Yolun son günlər yağan intensiv yağışlardan sonra bu vəziyyətə düşdüyü bildirilir.
Həmin görüntüləri təqdim edirik:
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, sentyabrın 14-də saat 14:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Baş Ələt ərazisindən yüksək arterial təzyiq səbəbi ilə 60 yaşlı (qadın cinsli) şəxslə bağlı çağırış daxil olub:
“Təcili tibbi yardım briqadası tərəfindən pasiyentə ünvanda tibbi yardım göstərilib, vəziyyəti stabilləşdiyi üçün tibb müəssisəsinə təxliyəsinə ehtiyac yaranmayıb.
Sözügedən çağırışdan dönərkən əlverişsiz yol şəraiti səbəbilə təcili tibbi yardım avtomobilinin hərəkəti məhdudlaşıb. Qısa müddətdə problem aradan qaldırılıb və briqada növbəti çağırışa yollanıb”.