VERGİLƏR NAZİRLİYİNİN MÜHİM İDARƏSİNİN DAXİLİNDƏ GƏRGİNLİK - İLGİNC MƏQAMLAR

17-04-2015, 13:00           
VERGİLƏR NAZİRLİYİNİN MÜHİM İDARƏSİNİN DAXİLİNDƏ GƏRGİNLİK - İLGİNC MƏQAMLAR
Redaksiyamızın elektron poçtuna Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin adını açıqlamayan əməkdaşı tərəfindən müraciət daxil olub. Müraciət edən şəxs iddia edir ki, departamentdə illərdə böyük zəhmət vermiş, əməkdaşlar arasında ağsaqqal kimi böyük hörmət qoyulan Şahin Rüstəmov layiq olmayan tərzdə yola salınıb. Yəni işdən azad edilib. Müraciət edən şəxs departamentin daxilində işçilər arasında ikitirəliyin mövcud olduğunu da iddia edir. İddia edir ki, idarədə rəisə «işləyən» və «işləməyən»lər var. İşçilər arasında yaranmış gərginliyin ağır fəsadlarının ola biləcəyini iddia edən mənbəmizin bizə etdiyi müraciətini olduğu kimi təqdim edirik.

- Sizin nəzərinizə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baş verən hadisələri çatdırmaq istəyirik. Belə ki, dünən qocaman istintaqçı, iyirmi ildən artıq istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış VCAİD-nın istintaq idarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə Departamentin rəisi V.Məmmədovu növbəti məzuniyyət vaxtı pensiyaya göndərilmişdir. V.Məmmədov iclas keçirərək həmin Departamentin təməlini qoyan şəxslərdən biri olmasını qeyd edib bir hədiyyə verib yola salmadı.

Ş.Rüstəmov 40 ildir ki, hüquq mühafizə orqanlarında işləyirdi, əslən qərbi azərbaycanlı, peşəkar, savadlı bir şəxsin yerinə Vidadi Məmmədov tərəfindən 1986-cı ildə anadan olmuş, heç bir il də olsa belə müstəntiq işləməyən Elmir Şirinov hazırlanır.

E.Şirinovun karyerasına nəzər salsaq olduqca orta səviyyəli hüquqşunas, əvvəllər Vergilər Nazirliyində V.Məmmədovla birlikdə işləmiş, sonradan partizan kimi vəziyyətin daxildən öyrənilməsi üçün VCİAD-a V.Məmmədov tərəfindən göndərilmiş Elnur Şirinov müstəntiq işləmişdir, bir neçə aydan sonra V.Məmmədov onu bölmə rəisi, bir neçə aydan sonra isə söbə rəisi, bir az da sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirmişdir.

Onun yerinə isə yenədə V.Məmmədovun qrup yoldaşı, ikinci ali təhsil aldıqda, Tariyel Quliyev olmuşdur. Yəni E.Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenədə rəisin favoriti olan Tariyel Tağiyevə təhvil vermişdir.Qeyd etmək lazımdır ki, həm Tariyel həm də Vidadi Məmmədov hüquqşunas diplomlarını bir neçə il bundan əvvəl almışlar.

Departamentin istintaq idarəsində “bizimlə işləyən” müstəntiqlər və bizim olmayanlar vardır. E.Şirinov dəstəsində məsələn Nəriman Məcidov, Zamiq Bağırov, Mənsimov Taleh və sailəri var. Lakin onlar heç də yalnız büdcəyə işləmirlər, işin gözəlliyi budur ki, bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə, Tahir Əliyev demişkən rüsumunda yığırıq pul da yığırıq, indi bunun hansının pul kimi hansını isə rüsum kimi yığırlar bunu heç kəs bilmir. Hal hazırda hamı hörmətli V.Məmmədovu gözləyir. Rəsmi olaraq Çurvan Mehrəliyev rəisi əvəz etsə də müstəntiqlərə onun otağına getməyə qadağa qoyulub.

Ümumiyyətlə istintaq idarəsinin rəisinin üç müavini var, onların ikisi ədəddir- Əbiyev Ruslan Səfər oğlu və Mehrəliyev Çurvan əlbəttə ki, bütün iş yükünü öz nəhəng çiyinlərində Elnur Şirinov vətən uğrunda, vətənə böyük sevgi ilə daşıyır. E. Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəisi təyin etmək məqsədi isə V.Məmmədovun ayrıca olaraq Vergilər Nazirliyi uzərində böyük bir qələbəsidir. Elnur müəllim isə artıq müstəntiqləri otağında qışqırdır, yəni üstlərinə bağırır.

Onu demək lazımdır ki, E.Şirinova rəis deyərək müraciət edənlər də var, odur ki, biz hələlik mayor tezliklə polkovnik E.Şirinovu VCİAD-ın istintaq idarəsinin rəisi vəzifəsi ilə qabaqcadan təbrik edirik, ona işində uğurlar müvaffəqiyyətlər arzu edirik. Gələcəkdə təfərruatı ilə əlavə məlumatlar mütləq veriləcəkdir.
gundeminfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.