ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb

13-01-2019, 10:07           
ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb
ABŞ-la Meksikanın sərhədində tunel aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Bildirilir ki, tunel ABŞ-ın Arizona ştatının yaxınlığında, bu həftə aşkarlanıb. Məlumata görə, Meksikanın hakimiyyət orqanları ondan narkotik vasitələrin daşınması və insanların sərhəddən keçirilməsi üçün istifadə edilməsindən şübhələnirlər.

Nəşr qeyd edib ki, bu, son aylar aşkarlanmış üçüncü analoji tuneldir.

Daha əvvəl məlum olub ki, ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.