Belçikada "sərt Brexit" ssenarisidən qorunmaq üçün müdafiə tədbirləri həyata keçirilir

16-01-2019, 07:06           
Belçikada "sərt Brexit" ssenarisidən qorunmaq üçün müdafiə tədbirləri həyata keçirilir
Belçika höküməti "sərt Brexit" ssenarinə hazırlaşır və vətəndaşları və müəssisələri qorumaq üçün tədbirlər görür.

Trend-in məlumatına görə, bu barədə Belçikanın baş naziri Şarl Mişel ğz "Twitter" səhifəsində yazıb.

Ş.Mişel bildirib: "Top heç vaxt olmadığı kimi britaniyalıların tərəfindədir. Aİ-yə 27 üzv ölkə razılaşmanı yeganə mümkün razılaşma kimi dəyərləndirir və indi britaniyalılar öz seçimlərinin nəticələrinə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər".

Belçikanın maliyyə naziri Aleksandr de Kroo bildirib ki, krallığın gömrük xidmətləri "sərt Brexit" ssenarisi üçün yaxın günlərdə Belçika müəssisələrinin dəstəklənməsi üzrə tədbirlərin hazırlanmasını sürətləndirəcək.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə Aİ ilə razılaşmasını qəbul etmədi. Baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəklədi, 432 parlamentari isə əleyhinə səs verdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.