“Google” şirkəti 1,49 milyard avro cərimələndi

20-03-2019, 19:32           
“Google” şirkəti 1,49 milyard avro cərimələndi
Avropa Komissiyası "Google” şirkətini rekord məbləğdə - 1,49 milyard avro cərimələyib. Bu barədə Rusiya mətbuatı xəbər verir.

Məlumata görə, cərimə "Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi ilə bağlıdır.

Xatırladaq ki, bir qədər əvvəl "Google” üçün cərimənin 13 milyard dollara qədər olacağı deyilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.