İtaliyada minlərlə ev 1 avroya satışa çıxarıldı — SƏBƏB

9-05-2019, 21:23           
İtaliyada minlərlə ev 1 avroya satışa çıxarıldı — SƏBƏB
İtaliyanın Siciliya adasının Mussomeli bələdiyəsi ərazini canlandırmaq üçün 11 min evi 1 avroya satışa çıxarıb.
“Ölkə.Az” xəbər verir ki, son illərdə qəsəbə əhalisi getdikcə azalır. Bələdiyyə qəsəbəni canlandırmaq, memari mirasa sahib çıxmaq və turizmi canlandırmaq üçün 11 min tərk edilmiş evin birini 1 avrodan satışa çıxarıb.

Orta əsrlərdən qalan tarixi qala və kilsələrin olduğu bölgədə satılan evlərin üzərinə elanlar vurulub. Evlər üzərindəki nömrələr ya da www.case1euro.it internet ünvanından alınır. Bölgəyə səfər edə bilməyənlər evləri internet səhifəsində görə bilirlər. Evin sənədini almaq üçün qoyulan şərt isə evi təmir etməkdir. Evi alan şəxs əvvəlzə 8 min avro depozit ödəyir. Sonra isə hər kvadrat metrə görə 107 avro təmir pulu ödəyir. Əgər evi təmir etdirməsə, depoziti əlindən alınır. Amma evi təmir edən şəxslərə depozit pulu geri qaytarılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.