HİNDİSTAN RUSİYANIN S-400-ündən VAZ KEÇDİ –ABŞ-ın təhdidi Dehlini geri çəkilməyə məcbur etdi

15-05-2019, 00:01           
HİNDİSTAN RUSİYANIN S-400-ündən VAZ KEÇDİ –ABŞ-ın təhdidi Dehlini geri çəkilməyə məcbur etdi
Hindistan ABŞ-ın sanksiya təhdidinə boyun əyib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Dehli ötən il ABŞ-ın sanksiya təhdidlərinə qarşı Rusiya ilə 5.4 milyard dəyərində 5 ədəd S-400 raket kompleksi almaq üçün müqavilə bağlayıb.

Lakin bu müavilədən sonra artan təzyiqlər rəsmi Dehlini geri çəkilməyə məcbur edib: “Son bir ayda ABŞ Dehlini daha açıq və əmin şəkildə “Əgər S-400-ləri alarsınızsa, daha güclü sanksiya ilə üzləşəcəksiz” təhdidi ilə üz-üzə qoydu. Nəhayət, bu təhdidlər işə yaradı. Hindistan S-400-ləri almaqdan vaz keçdi”.

Məlumata görə, Hindistanın müvafiq səlahiyyətli şəxsləri bildiriblər ki, Dehli ABŞ istehsallı “Patriot” və “THAAD” raketlərinin alınması istiqamətində danışıqları uğurla bitirmək üzrədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.