Liderləri ələ keçirildi: dünyanı sarsıdan görüntülər – VİDEO

26-06-2019, 00:00           
Liderləri ələ keçirildi: dünyanı sarsıdan görüntülər – VİDEO
Səudiyyə Ərəbistanın xüsusi təyinatlı qüvvələri Yəməndə İŞİD terror təşkilatının liderlərini ələ keçirib.

Bu haqda Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA bildirib.

Ələ keçirilən terrorçular arasında İŞİD-in Yəmən qolunun lideri Əbu Osama əl-Muhacir, həmçinin təşkilatın maliyyə işləri üçün məsul şəxsin olduğu bildirilir.

Terrorçuların iyun ayının 3-də tutulduğu, görüntülərin isə yalnız indi dərc edildiyi deyilir. Agentliyin məlumatına görə, əməliyyat zamanı çoxlu silah, döyüş sursatı və telekommunikasiya avadanlıqları ələ keçirilib. (publika.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.