ABŞ Suriyadan niyə əl çəkmir? - Ziddiyyətli açıqlama

21-10-2019, 09:00           
ABŞ Suriyadan niyə əl çəkmir? - Ziddiyyətli açıqlama
Pentaqon rəhbəri Mark Esper ölkəsinin Suriyada İŞİD-ə qarşı mübarizəsini davam etdirəcəyini istisna etməyib.

Axar.az xəbər verir ki, o, terrorçulara qarşı əməliyyatların hərbi hava qüvvələrinin iştirakı ilə aparılacağını qeyd edib.

“Biz İŞİD-ə qarşı mübarizəni davam etdiririk. Hərbçilərimiz Suriyanı tərk etsə belə, mübarizəyə aviadəstək göstərəcəyik”, - deyə Esper bildirib.

Qeyd edək ki, bundan öncə Suriyada minə yaxın amerikalı hərbçidən 150-nin qalacağı, qalanlarının ABŞ-a deyil, İraqa göndəriləcəyi deyilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.