İranda zəlzələ olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

8-11-2019, 06:32           
İranda zəlzələ olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB
İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Press" TV məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə zamanı daha 20 nəfər xəsarət alıb.

Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

***04:00

İranın şimal-şərqində zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar 5,9 maqnitudada qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Təbrizdən 156 kilometr (Şərqi Azərbaycan əyaləti) məsafədə yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar haqqında bildirilmir.

Qeyd edək ki, Azərbaycanın Lənkəran rayonunda da zəlzələ qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.