Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər

12-11-2019, 08:21           
Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər
Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Fransa lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

Emmanuel Makron qeyd edib ki, amerikalı həmkarı ilə NATO-nun dekabrda keçiriləcək sammitinə qədər Londonda görüşməyi razılaşdırıblar.

"Bu axşam Donald Trampla əla telefon danışımız oldu: Suriya, İran, NATO (müzakirə edilib). Ümumi vaxtlar seçilib və biz NATO-nun sammitinə qədər Londonda görüşəcəyik", - deyə Fransa lideri yazıb.

Şimali Atlantika Alyansının 29 ölkəsinin dövlət və hökumət başçılarının sammiti dekabrın 3-4-də Londonda keçiriləcək.

Qeyd edək ki, Fransa və ABŞ liderlərinin bundan əvvəlki danışığı 1 ay əvvəl - oktyabrın 12-də baş tutub. Həmin vaxt Emmanuel Makron amerikalı həmkarına Türkiyə ordusunun Suriyadakı əməliyyatlarının dayandırılması zəruriliyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru