"Əgər Nadir müharibəyə başlasa Peterburqa qədər gəlib çıxa bilər"."

Bu gün, 11:54           
"Əgər Nadir müharibəyə başlasa Peterburqa qədər gəlib çıxa bilər"."
"Nadir Şahdan qan iyi gəlir. Qoşunlarımızı təcili olaraq Azərbaycan ərazisindən çıxarmaq lazımdır. Əgər Nadir müharibəyə başlasa Peterburqa qədər gəlib çıxa bilər".
Rus səfir Kaluşkinin Çara təcili göndərdiyi məktub.
"Nadir şah Əfşar rusların gözünü o qədər qorxutmuşdu ki, ruslar Pyotrun 130 min əsgərinin həyatı bahasına işğal etdikləri torpaqlarımızı dərhal geri qaytarmağa məcbur oldular, həm də Nadirin vəfatından sonrakı 55 ildə Azərbaycan torpaqlarına yaxın düşməyə cəsarət etmədilər.".
Ədalət Tahirzadə "Nadir şah Əfşar" kitabından.
"Nadir Şah Avşar güclü döyüşçü, böyük qüdrət sahibi idi. Onun güclü ordusu vəhşət yaradan talançıları, pis niyyətli yadelli qoşunları çox qorxudurdu. Nadir Şah öz ölkəsinə ləyaqətlə hökmdarlıq edirdi və vətəninin düşmənlərinə qənim kəsilmişdi".
Napoleon Bonapart.
Napoleon Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləmiş, özünü ikinci Nadir adlandırmışdı.
"Nadir Şah çox güclü bir sərkərdə, qarşısıalınmaz fateh və hökmdar olduğuna görə Hindistanı fəth etmək barədə çoxdan düşünürdü. Nadir Pəncabı ələ keçirəndən sonra Makedoniyalı İsgəndərin, Mahmud Qəznəlinin və Əmir Teymurun ardıcılı olacaq , beləliklə də "Dünya fatehi" titulunu alacaqdı. Nadir Şah Əfşar Çingizxan və Əmir Teymurla eyni səviyyədə bir şəxsiyyət, dövlət başçısı idi, hətta onların talelərində bir sıra oxşarlıqlar da mövcuddur".
Britaniyalı yazıçı, Yaxın Şərq üzrə tədqiqatçı Laurens Lokkartın "Nadir Şah" kitabından parça.
"Nadir Şahın görkəmli bir şəxsiyyət sayılmasına heç bir şübhə yoxdur. Nadirin əsas qəhrəmanlığı onda idi ki, o, güclü düşmənlərin didib-parçaladığı Səfəvilər İmperiyasını təkcə işğaldan azad etmədi, eyni zamanda öz ölkəsini ən ağır vəziyyətdən çıxararaq qurucusu olduğu imperiyanı Asiyanın ən nüfuzlu və güclü dövləti səviyyəsinə qaldırdı".
Britaniyalı yazıçı, Yaxın Şərq üzrə tədqiqatçı Laurens Lokkartın "Nadir Şah" kitabından parça.
“Nadir şahın boyu 6 futdan hündür idi, əzəmətli xarakterə sahib olan Şahın bədəni mütənasib və çox güclüdür. Onun qeyri-adi dərəcədə yüksək səsi var ki, səsiylə o yüz metrə yaxın məsafədə duran adamlarına əmr verə bilir.Nadir Şah eyni zamanda çox sərt xarakterli və sərt intizamlıdır.İştirak etdiyi bütün döyüşlərdə və yürüşlərdə adətən qoşunlarının başında olmasına baxmayaraq, Şah bir dəfə də olsun yara və çapıq almayıb, buna baxmayaraq mindiyi bir neçə at öldürülüb, güllələr bədənini cızıb”.
1743-cü ildə Əfşarlar İmperiyasında olmuş ingilis səyyahı, taciri Jonas Hanwey “The Revolutions of Persia: Containing the History of the Celebrated Usurper Nadir Kouli, from his birth in 1687, 'Till His Death in 1747; To Which Are Added, Some Particulars of the Unfortunate Reign of His Successor Adil Shah” Volume 2, 622 p.
"Nadir Şah Avşar yer üzünün sultanlar sultanı, krallar kralı, uğur hökmdarıdır".
Baburlar İmperiyasının XIII hökmdarı Məhəmməd Şah.
Azərbaycanlı böyük sərkərdə, fateh Nadir Şah Hindistanı fəth edərkən ona təqdim olunmuş 3 böyük brilyantdan biri olan Kuh-i-Nur ingilislər Hindistanı idarə etməyə başlayandan sonra İngiltərə kraliçasının tacındadır və hal-hazırda London Kral Muzeyində saxlanılır.
Nadir Şaha təqdim edilmiş 2-ci böyük brilyant olan Göy Brilyant hal-hazırda Moskvada almaz fondunda, 3-cü brilyant Dəryayi-Nur isə Tehran muzeyində saxlanılır.
Allah rəhmət eləsin böyük fatehə.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru