Qarabağ klanı Paşinyana qarşı birləşir

15-11-2019, 17:41           
Qarabağ klanı Paşinyana qarşı birləşir
Ermənistanda Vazgen Manukyanın sədri olduğu Vernatun İctimai Siyasi Klubunun təsis iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Baş nazir Nikol Paşinyanın əleyhdarı olan və onun siyasətini sərt tənqid edən parlamentdənkənar siyasi qüvvələrin üzvləri iştirak edib.

Ermənistan mətbuatı Manukyanın Vernatun ətrafından antipaşinyan blokunun üzvü olan qüvvələri toplayacağını bildirib. Gələcəkdə bu qüvvələrin aktiv şəkildə ölkədəki siyasi proseslərdə iştirak edəcəyi, hakimiyyəti seçki, eləcə də yeni inqilab vasitəsilə ələ keçirməyə cəhd edəcəyi vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.