Mütəxəssisdən yuxumuzu sağlamlaşdırmaq üçün tövsiyələr
Dünən, 11:38
Sağlam yuxu orqanizmi gümrah saxlayan əsas faktor və insanın ən vacib ehtiyaclarından biridir.
Psixoloq və kinezioloq Marina Rodnova Rusiya KİV-ə açıqlamasında tez yuxuya getmək və enerji ilə dolu oyanmağa kömək edəcək bir neçə məsləhət verib.
Mütəxəssis yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün gündəlik rejimə riayət etməyin son dərəcə vacib olduğuna diqqət çəkib.
O vurğulayıb ki, hətta həftəsonları da eyni vaxtda yatıb oyanmaq şərtdir, çünki bu, daxili saatınızı təyin etməyə kömək edəcək.
Psixoloq həmçinin yataq otağında ideal mühit yaratmağı da mühüm hesab edir:
"Otaq qaranlıq, sakit və sərin olmalı, havalandırma doğru qurulmalıdır. Yatmazdan əvvəl istirahət etmək və zehninizi müxtəlif düşüncələrdən azad etməlisiz. Buna isti vanna qəbul etmək, kitab oxumaq və ya sakit musiqi dinləməklə nail olmaq olar".