Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı –"Sonra da deyirik bizi niyə sevmirlər?"

2-07-2025, 16:24           
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı –"Sonra da deyirik bizi niyə sevmirlər?"
Rusiyalı jurnalist Kseniya Sobçak özünün Telegram kanalında təhlükəsizlik qüvvələrinin Yekaterinburqda iki azərbaycanlının öldürüldüyü reyd nəticəsində Rusiya ilə Azərbaycan arasında gərginləşən münaqişəni şərh edib.

Sobçak Azərbaycan mediasında mərhumun meyitlərinin yarılması zamanı sözün əsl mənasında bədəndə salamat yer qalmayan görüntülərə diqqət çəkib. Eyni zamanda, o xatırladıb ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölümünün səbəbi kimi rəsmən ürək çatışmazlığını göstərir.

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir. Bu, işgəncələrə bəraət qazandıra bilməz: “Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhələndiklərinin fərqi yoxdur”.

Sobçakın sözlərinə görə, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub: “Sonra da təəcüblənirik ki, niyə bizi sevmirlər, gözləmirlər…Ona görə ki, kimsə özünü cəzasız qalacağına bərk inandırıb”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru