Taksi istifadə edənlərin NƏZƏRİNƏ: Salonda bu qurğu olmalıdır

2-07-2025, 10:34           
Taksi istifadə edənlərin NƏZƏRİNƏ: Salonda bu qurğu olmalıdır
Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib. Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyini müəyyən edib və o, məsuliyyətə cəlb edilib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.

O deyib ki, bu həm sürücülər, həm də sərnişinlər üçün dərsdir:

“Hamı bundan nəticə çıxarmalıdır. Bu halların qarşısının alınması üçün artıq dövlət öz qərarını verib. Taksi fəaliyyəti ilə bağlı tələblərdə qeyd olunub ki, istismar olunan avtomobildə video qeydiyyat olmalıdır. Salondan çəkilişlər aparılmalıdır. Bu artıq qanunla təsdiq olunub. Bəzi taksilərdə həmin qurğuları müşahidə etsək də, bir çoxunda yoxdur. Bu qurğular vasitəsi ilə daha az qayda pozuntusunun şahidi ola bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru