"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ

Dünən, 12:20           
 "Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
"Bu tur şirkətinə aldanmayın, bu və bu kimi bir neçə tur şirkəti var insanları aldadırlar..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında jurnalist Araz Memmedov ifadə edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Deməli, bu tur cənub bölgəsinə tur təşkil edib standart 85 AZN, full paket 109 AZN, ful paket üçün əlavə ödənişə nahar və axşam yeməyi daxildir dedilər ama yalan oldu.
Səhər yeməyi antisanitar bir restorana apardı, biyabırçı 2 nəfərə yetəcək yağ pendir 6 nəfərin qarşısına qoydular, pendir xarab olmuş şəkildə, çörək köhnə.
Palidli Sahil otelində günorta və axşam yeməyi isə öncədən deyildiyi menyu olmadı, sadəcə yarım mərci və bir qab düyü ilə yola verdilər, axşam yeməyi assorti kabab deyildi ancaq sadəcə bir tikə külə bir tikə toyuq verdilər hərəyə, yarım qab dovğa. Gecələmək üçün verdikləri otaqlar biyabırçı vəziyyətdə idi, toz basmış natəmiz, kondisioner işləmir, istifadə üçün fen belə yox idi, qapalı hovuz, sauna, tura daxil olsa da bağlıdır dedilər, bir sözlə biyabırçı tur şirkəti, biyabırçı otel, biyabırçı xidmət.
Bu tur şirkətinə inanıb aldanmayın, fərdi də olsa Palıdlı Sahil istirahət mərkəzinə getməməyiniz məsləhətdir..."













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.