"Bu iki dəqiqə həyatımda baxdığım ən yaxşı şou idi”
Dünən, 15:54
“Uşaq olanda atamla sirkə baxmağa getmişdim. Bilet satışında qarşımızda 6 uşaqdan ibarət ailə vardı. Kasıb olduqları göz qabağında idi, paltarları köhnə, lakin təmiz idi. Növbə onlara çatanda kassa işçisi ailənin başçısına – kişiyə biletin bahalı qiymətini dedi. Kişi kəkələməyə başladı və dönüb arvadının qulağına nəsə pıçıldadı. Onun xəcalətini başa düşmək asan idi. Birdən atam cibindən 20 dollar çıxarıb yerə atdı. Sonra əyilib onu yerdən götürdü və kişinin çiyninə toxunub dedi: “Cənab, pulunuz düşdü”. Kişi atama baxdı və gözləri yaşararaq dedi: "Təşəkkürlər, cənab". Onlar içəri girəndən sonra atam əlimdən tutub növbədən çıxdı. Çünki atamın kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi. O gündən atamla fəxr edirəm. Bu iki dəqiqə həyatımda baxdığım ən yaxşı şou idi”, - kino tarixinin ən məşhur komediya ustası Çarli Çaplin. Anar Tağıyev TEREF