21 yaşlı fransalı tennisçi servis zərbəsində sürət rekordunu qırdı

2-07-2025, 10:47           
21 yaşlı fransalı tennisçi servis zərbəsində sürət rekordunu qırdı
Fransalı 21 yaşlı tennisçi Mpetşi Perrikar "Uimbldon" turnirində servis zərbəsinin sürətinə görə rekord qırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Tennis Assosiasiyasının (ATP) Mətbuat Xidməti məlumat yayıb.

Onun Teylor Fritsə (ABŞ) qarşı görüşdə həyata keçirdiyi servis zərbəsi zamanı topun sürəti saatda 246 km olub. Buna qədərki rekord isə amerikalı tennisçi Teylor Dentə məxsus idi - saatda 238 km. O bunu 2010-cu ildə gerçəkləşdirib.

Qeyd edək ki, M.Perrikar dünya reytinqində 36-cıdır. O, təşkilatın bayrağı altında keçirilən turnirlərdə iki qələbə qazanıb. Tennisçinin ən yaxşı nəticəsi 2024-cü ildə baş tutan "Uimbldon"da dördüncü tura yüksəlməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru