ABŞ tədbirləri sərtləşdirir: Cinsi cinayətlərə və insan alverinə görə vətəndaşlıqdan məhrumetmə

Dünən, 12:18           
ABŞ tədbirləri sərtləşdirir: Cinsi cinayətlərə və insan alverinə görə vətəndaşlıqdan məhrumetmə
ABŞ Ədliyyə Nazirliyi cinsi toxunulmazlığa qarşı cinayətlər və insan alveri ilə məşğul olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə dair yeni prioritet siyasət tətbiq etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri ABŞ Ədliyyə Nazirliyinin xidməti qeydinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşlıqdan məhrumetmə 10 cinayət kateqoriyasını əhatə edir. Siyahıya, həmçinin hərbi cinayətlər, terrorizm və bəzi fırıldaqçılıq halları da daxildir.

"Bundan əlavə, nazirliyin Mülki İdarəsi zəruri hesab etdiyi hallarda bu kateqoriyalara daxil olmayan cinayət işlərinə də fərdi qaydada baxmaq hüququnu özündə saxlayır", - deyə sənəddə bildirilib.

Yeni tədbirin əsas məqsədi ölkənin milli təhlükəsizliyinin qorunması kimi göstərilir.

Məlumata görə, artıq bu qaydaların tətbiqi çərçivəsində bir şəxs vətəndaşlıqdan məhrum edilib. Britaniya vətəndaşı Elliot Dyuk ABŞ Silahlı Qüvvələrinə qəbul olunduğu 2013-cü ildə ABŞ vətəndaşlığı almışdı. Lakin sonradan o, uşaq pornoqrafiyası hazırlama və saxlama ittihamı ilə məhkəmə tərəfindən təqsirli bilinərək vətəndaşlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.