Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib
21-11-2019, 10:23
İranın İslam İnqilabının Keşikçilər Ordusu ölkənin 4 əyalətində iğtişaşlar və qarətlərə rəhbərlik edənlərin həbs edildiyini bəyan edib.
SalamNews Tasnim Agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun mətbuat katibi Ramazan Şərif açıqlama verib.
Astarada keçirilən tədbir zamanı çıxış edən Ramazan Şərif bildirib ki, ölkənin Əlborz, Şiraz, Tehran və Xuzestan əyalətlərində iğtişaşların açar şəxsləri və rəhbərəri ələ keçiriliblər.
Sepah-ın mətbuat katibi ölkə xalqının ayıq-sayıq olması və iğtişaşları pisləməsinə görə onlara təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, ötən həftə İranda benzinin qiymətində artımdan sonra ölkədə etirazlar baş verib. Etirazlar daha sonra qarətlər, iğtişaşlar və toqquşmalarla nəticələnib. İran polisi 4 əyalətdə mindən çox iğtişaşçının həbs edildiyini bildirib. Ölənlərin sayı haqda rəsmi rəqəm mövcud deyil.