ABŞ-dan növbəti İran bəyanatı Mayk Pensdən: “ABŞ xalqı İran xalqının yanında dayanıb”

21-11-2019, 16:00           
ABŞ-dan növbəti İran bəyanatı Mayk Pensdən: “ABŞ xalqı İran xalqının yanında dayanıb”


“İranlılar etiraz üçün küçələrə çıxdıqları halda ayətullahlar Tehranda öz xalqını əzmək üzün zorakılıq və həbslərə davam edir. ABŞ-ın mesajı aydındır: ABŞ xalqı İran xalqının yanında dayanıb”.

Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens özünün Twitter hesabından paylaşıb.

Mayk Pensin bu qınağı ABŞ-ın İrandakı benzin üsyanını dəstəkləyən ilk bəyanatı deyil. 4 gün əvvəl Dövlət Departamentinin sədri Mayk Pompeo da bənzər Twitter paylaşımıyla İrandakı aksiyalara dəstək vermişdi. Pompeo paylaşımında "ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır" yazaraq, ilyarım əvvəl də İranda başlayan nümayişləri dəstəklədiyini xatırlatmışdı. O, həmin dəstək mesajında yazmışdı: “İran xalqı hökumətlərinin 40 illik zülm və sui-istifadə hallarına qarşı susmur. Biz də sakit qalmayacağıq. İran xalqına bir mesajım var: ABŞ sizi eşidir, dəstəkləyir və biz sizinləyik.

Mayk Pensdən sonra ikinci dəstək bəyanatı ABŞ-ın Dövlət Departamentinin İran üzrə özəl işçi qrupunun sədri Brayan Hukdan gəlmişdi. Brayan Huk noyabrın 19-da Dövlət Departamentinin “Twitter” səhifəsində yaydığı bir video-çarxda İran millətinə səslənərək, onun mollaların repressiv rejiminə qarşı apardığı dinc mübarizəsinə dəstək verdiyini bildirmişdi.

Huk İran rejiminin, o cümlədən də “terrorçu” adlandırdığı “Sepah”ın ölkə vətəndaşlarına qarşı "misli görünməmiş" zorakılığını kəskin pisləyərək yazmışdı: “İranın “dini” lideri Əli Xamanei son çıxışlarından birində dinc etirazçıları, bir sözlə İran millətini dələduz adlandırıb. Xamanei İran millətini dələduz adlandırmaqla, əslində onun ölkədə yürütdüyü səriştəsiz siyasətinə qarşı etiraz səsini qaldıran igid iranlıları yox, öz rejimini vəsf edib.

Amerika Birləşmiş Ştatları İran xalqının öz fundamental insan hüquqları uğrunda korrupsioner dini mafiya rejiminə qarşı dinc mübarizəsini dəstəkləyir”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.