Azərbaycanlı qadın İsveçdə deputat oldu - FOTO

5-12-2019, 10:55           
Azərbaycanlı qadın İsveçdə deputat oldu - FOTO
Azərbaycanlı qadın İsveçdə parlament seçkilərində deputat seçilib.

Bu barədə İsveçdə “Azərbaycan naminə” təşkilatının rəhbəri Nadir Qollenbrand məlumat verib.

Onun sözlərinə görə, 26 yaşlı Aylin Fazelian İsveç Sosial-Demokrat partiyasından deputat seçilib.

Onun 34 yaşlı bacısı Aydan Kərimli isə Vastra Qotaland vilayətində partiya mərkəzinin bələdiyyə məsləhət şurasının üzvü olub.

“Qeyd edim ki, onların ögey ataları Avropa ölkəsində deputat olub. Hazırda hökumətdə kimin təmsil olunacağı məlum deyil, məsləhətləşmələr davam edir. Bildirim ki, azərbaycanlı qadın ilk dəfə bir Avropa ölkəsində deputat oldu”, - deyə Nadir Qollenbrand bildirib. //oxu.az//
шаблоны для dle 11.2














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.