Zelenski: "Mən Rusiya telekanalına müsahibə verməmişəm"

13-12-2019, 11:38           
Zelenski: "Mən Rusiya telekanalına müsahibə verməmişəm"
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya televiziyasının jurnalistlərinə müsahibə verdiyi barədə məlumatı təkzib edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu barədə Ukrayna telekanalına müsahibəsində deyib.
“Mən Rusiya telekanalına müsahibə verməmişəm. Parisdə bir otel yaxınlığında jurnalistlərin suallarını cavablandırmışam. Xanım jurnalist idi, mənə yaxınlaşdı və sual vermək istədiyini dedi. Mən də bir-iki cümlə dedim” – deyə, V.Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı jurnalistlərə geniş müsahibə verdiyi bildirilib. Həmin müsahibənin dekabrın 15-də “Rossia 1” telekanalının “Moskva. Kreml. Putin” proqramında efirə gedəcəyi qeyd olunub.
Xatırladaq ki, daha əvvəl V.Zelenski rusiyalı jurnalistlərlə danışmaq istəmədiyini bildirmişdi. Prezident bunu “Ukraynanın müstəqilliyinə müsbət yanaşmayan” bütün KİV-lərə cavab verməyə vaxtının olmamağı ilə izah etmişdi.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.