Çin alış-veriş və restoranlar üçün PUL PAYLAYACAQ - 1,7 MİLYARD

6-06-2020, 11:38           
Çin alış-veriş və restoranlar üçün PUL PAYLAYACAQ - 1,7 MİLYARD
Çin paytaxtı Pekində vətəndaşlara alış-veriş, restoran, idman, təhsil və ya səyahət üçün istifadə oluna bilən ümumilikdə 12,2 milyard yuan (1.7 milyard dollar) dəyərində çeklər verəcək. Bu, pərakəndə satışların azaldığından sonra istehlakı stimullaşdırmaq üçün edilir.BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Bloomberg" yazır.
Belə ki, ilin ilk dörd ayında paytaxt Pekində satışlar 20,4 faiz , bütün ölkə boyu isə 16,2 faiz azalıb.
Uhan, Hançjou, Nankin və Şençjen də axil olmaqla Çinin 50-yə yaxın şəhərində də altı milyard yuandan çox dəyəri olan çeklər 6 iyun tarixindən etibarən paylanılacaq. Bu çeklər İnternetdə və ya adi mağazalarda alış-veriş üçün istifadə oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru