Misirdə üç min yaşı olan bilərzik muzeydən yoxa çıxıb
Bu gün, 17:18
Misir firon Amenemopetə (e.ə. 993-cü ildən 978-ci ilə qədər hökm sürüb) məxsus qızıl qolbaq Misir Milli Muzeyinin Təhrir meydanındakı restavrasiya şöbəsindən yoxa çıxıb.
Bu barədə Misir Turizm Nazirliyinin "Facebook" səhifəsində dərc olunmuş press-relizində deyilir.
Hələlik bilərziyin yoxa çıxmasında əli olan şəxslərin kimliyi və mümkün motivləri barədə məlumat yoxdur.