Maduroya yanacaq daşıyan onlarla tanker ABŞ tərəfindən tutulacaq SANKSİYA TƏTBİQ EDİLİR

6-06-2020, 13:43           
Maduroya yanacaq daşıyan onlarla tanker ABŞ tərəfindən tutulacaq SANKSİYA TƏTBİQ EDİLİR
ABŞ Venesuelaya yanacaq daşıdığına görə onlarla neft tankerinə sanksiya tətbiq etməyə hazırlaşır.

Bu haqda ötən gün iyunun 5-də adının açıqlanmasını istəməyən amerikalı rəsmilər “Reuters”ə bildiriblər.

Məlumata görə, bəzi sanksiyalar tezliklə elan ediləcək, digərləri isə uzunmüddətli perspektivdə açıqlanacaq. Sanksiyaların təsiri altına 25 supertankerin düşəcəyi gözlənilir. Onlardan hər biri maksiumum 2 milyon barrel yanacaq daşıya bilir. Habelə ABŞ Venesuelaya yanacaq daşıyan 17 kiçik gəmini də sanksiyalar siyahısına daxil etməyə hazırlaşır.

“Yekun nəticə bütün gəmi sahibləri üçün aydın siqnal olmalıdır: Venesuelanı qadağan zonası kimi nəzərdən keçirin”,-bir mənbə belə deyib.

Bundan əvvəl iyunun 2-də ABŞ Maliyyə Nazirliyinin xarici aktivlər üzərində nəzarət İdarəsi İrandan Venesuelaya yanacaq daşıdığına görə dörd şirkətə və dörd tankerə sanksiya tətbiq etmişdi. Şirkətlərdən üçü Marşall adalarında, biri Yunanıstand qeydiyyatdan keçib. Sanksiyalar həmin şirkətlərin aktivlərinin dondurulmasından və onların Amerika şirkətləri ilə işgüzar əlaqələrinin qadağan edilməsindən ibarətdir.

Xatırladaq ki, mayın sonlarında 5 İran tankeri Venesuelaya yanacaq çatdırıb. ABŞ həmin tankerləri beynəlxalq sularda təqib etsə də onların qarşısını almayıb.

“Reuters” bildirir ki, iyunun 2-də ABŞ-ın sanksiyaları altına düşən tankerlərdən biri “Chevron” neft şirkəti tərəfindən icarəyə götürülüb. Şirkətin nümayəndəsi Rey For bildirib ki, iyunun 2-də “Adamant Maritime Ltd” adlı şirkətə məxsus “Seahero” tankeri “Chevron” şirkətinin qısamüddətli icarəsindədir və hazırda Venesela ilə əlaqəli olmayan reys həyata keçirir. Şirkət hazırda bu situasiyanı nizamlamaq üçün danışıqlar aparır.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.