Trampın paylaşımı milyarderə baha başa gəldi – Milyardlarla dollar itirdi

29-06-2020, 00:03           
Trampın paylaşımı milyarderə baha başa gəldi –
ABŞ Prezidenti Donald Trampın Minneapolis şəhərindəki kütləvi etiraz aksiyaları ilə bağlı sosial şəbəkədəki paylaşımı Feysbukun sahibi Mark Zükerberqə baha başa gəlib.

Teleqraf.com xəbər verir ki, sosial platformanın sahibi prezidentin təhdidlərinə göz yummaqda ittiham edilib.

Zükerberq Trampın “Soyğun başlasa, atəş açacağıq” başlıqlı paylaşımının Feysbukun qaydalarını pomzadığını deyərək, silməmişdi.

ABŞ-da fəaliyyət göstərən bir çox şirkət paylaşımın silinməməsindən sonra Feysbukdakı reklamlarını geri çəkib. Bu isə sosial şəbəkənin sahibi Mark Zükerberqin büdcəsinə xeyli təsir edib. Bundan sonra Feysbukun səhmlərinin 8.3 faiz dəyərini, Mark Zükerberqin isə səvətindən 7.2 milyard dollar itirdiyi bildirilib.

Onun ümumi sərvətinin 82.9 milyard dollara düşdüyü qeyd edilib. Eyni zamanda, Zükerberqin dünyanın ən zəngin insanları siyahısında 4 yerə qədər gerilədiyi vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.