Rus muzdluları Sidr limanını niyə ələ keçirdi? - Ekspert

7-07-2020, 09:57           
Rus muzdluları Sidr limanını niyə ələ keçirdi? - Ekspert
Rusiya Liviyada maraqlarının təhlükəyə düşəcəyini düşünür. Məhz bu səbəbdən də Liviyada fəaliyyət göstərən qeyri-müəyyən qruplaşmaların, eləcə də “Vaqner” silahlılarının aktivləşməsinə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu “Vaqner” silahlılarının Liviyada Sidr neft limanını ələ keçirməsini şərh edərkən deyib.

O bildirib ki, rəsmi Moskva ABŞ-ın son günlər Liviyada aktivləşməsindən narahatlıq keçirir:

“Vaqner” silahlılarının Liviyada Sidr neft limanını ələ keçirməsi heç də təsadüfi deyil. Ümumilikdə qeyd etdiyim silahlı birləşmə Rusiyanın muzdlu silahlılarıdır. Yəni istənilən halda hansı ölkəyə xidmət edirlərsə-etsinlər, yenə də rəsmi Moskvanın maraqları daha ön plandadır. Nəzərə alsaq ki, son günlər ABŞ Haftar rejiminə sözlü, lakin bir o qədər də sərt ritorikalar ünvanlayır, bu, Rusiyanı narahat edir. Çünki mümkün ABŞ müdaxiləsi rəsmi Moskvanın Liviyadakı maraqlarına qətiyyən uyğun deyil”.

Ekspertin sözlərinə görə, ABŞ Liviyada çoxlarını yanıltdı:

“Liviyada son bir neçə ayda baş verən siyasi proseslərə nəzər salsaq, görə bilərik ki, sanki ABŞ kənarda qalıb, hətta bu ölkənin regionda maraqları yoxdur. Lakin bununla elə artıq son günlər ABŞ da aktivliyini göstərməyə başlayıb. Xüsusilə də rəsmi Vaşinqtonun Haftarı danışıqlar masasına dəvət etməsi, hətta bu yöndə sərt bəyanatlar səsləndirməsi ABŞ-ın Liviyadan əlini çəkmədiyinə dəlalət edir. Düşünürəm, məhz “Vaqner” silahlıları bu səbəbdən Liviyada Sidr neft limanını ələ keçirib”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.