Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR

10-07-2020, 00:05           
Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR
Mayın 9-da, İkinci Dünya Müharibəsinin 75-ci ildönümü Ermənistan Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində babasının şəklini paylaşaraq, yazmışdı: “Paşinyan Nikol Arakeloviç 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun”. Bu yazıdan sonra mediada Nikol Paşinyanın babasının nasist Almaniyası ilə əməkdaşlıq etdiyi barədə müzakirələr başladı. Rusiya Müdafiə Nazirliyinin yaratdığı “Memorial” veb saytından istifadə edərək (bu Arxivdə İkinci Dünya Müharibəsi qurbanlarının, itkin düşmüş və ölənlərin məlumatları var), Nikol Paşinyanın babasının məlumatlarını tapmışdılar.

Medianın bu xəbərlərindən sonra, “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” qeyri-dövlət kommersiya təşkilatı tərəfindən qurulan Faktlar Axtaran Platform Paşinyanın babasının alman ordusunu dəstəklədiyi haqqında məlumatın həqiqətə uyğun olmadığını açıqladı.

Bu nəşrlərdən bir neçə ay sonra, Rusiya Müdafiə Nazirliyinin yaratdığı “Memorial” platformasında Nikol Arakeli Paşinyan haqqında məlumatların yoxa çıxdığını gördük. Platformada yalnız mediada yayılan məlumatlara görə xain olan Nikol Vardanoviç Paşinyan haqqında məlumat var.hit.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru