Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı

3-08-2020, 12:54           
Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı
“ABŞ Prezidenti Donald Tramp ikinci müddətə prezident seçilməyə çalışan mənəviyyatsız Ağ Ev rəhbəridir”.

TASS xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton “El Pais” qəzetinə verdiyi müsahibədə deyib.

“Düşünürəm ki, Donald Tramp növbəti dəfə prezident seçilmək üçün ABŞ-a yox, məhz özü üçün sərfəli maraqlara xidmət edən mənəviyyatsız prezidentdir”, - deyə C.Bolton qeyd edib.

Qeyd edək ki, C.Bolton vəzifəsindən kənarlaşdıralandan sonra ABŞ-ın hazırkı prezidentinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru