Ermənilər Gürcüstanda da təxribata əl atdı: - şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir

10-08-2020, 18:09           
Ermənilər Gürcüstanda da təxribata əl atdı: - şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir
Ermənilər Gürcüstanda da təxribata əl atdı:
Gürcüstanın Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir.

Gürcüstanın Samtsxe-Cavaxeti vilayətinin Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi olan Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir.

“MediaPost” xəbər verir ki, Samtsxe-Cavaxetinin qubernatorunun sözlərinə görə, vəziyyət nəzarət altındadır. Eyni zamanda, 8 avqust tarixində baş vermiş hadisələrlə əlaqədar olaraq, Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) Cinayət məcəlləsinin 108 və 236-cı maddələrinin 3 və 4-cü bəndləri üzrə araşdırmalar başlayıb.

“Təəssüf ki, Axalkalakinin mərkəzində baş vermiş kriminal hadisə nəticəsində bir gənc həlak olub, 4 ev və 1 mehmanxana yandırılıb. Hazırda polis qüvvələri gücləndirilir, şəhərə əlavə xüsusi təyinatlı bölmələr yeridilir. Vəziyyət nəzarət altındadır, polis qüvvələrinin sayı hər saat artırılır, polis qüvvələri şəhərdə sakitliyi təmin etməyə çalışır”, - Samtsxe-Cavaxetinin qubernatoru Besik Amiranaşvili deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru