"Mançester Yunayted" avrokuboklar əvəzinə yeni qazanc yolu tapıb
Bu gün, 09:06
Avrokuboklarda olmamasının yaratdığı maddi boşluğu doldurmaq üçün "Mançester Yunayted" həftənin ortalarında bir sıra yoldaşlıq oyunları keçirmək üçün danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, "qırmızı şeytanlar" avrokuboklarda iştirak etməyən digər komandalarla bir neçə oyun təşkil etmək istəyir.
"Mançester Yunayted"in potensial rəqibləri kimi "Milan", "Latsio", "Leypziq" və "Sevilya" göstərilir.
Vurğulanır ki, müvafiq ödəniş edilərsə, bu matçlar İngiltərədən kənarda, məsələn, BƏƏ-də keçirilə bilər.
Xatırladaq ki, İngiltərə çempionatının son mövsümünün yekununda mankunianlılar 15-ci yeri tutub.