"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO

Bu gün, 08:54           
"Grandmart"da İYRƏNCLİK:
“Grandmart” mağazalar şəbəkəsindən alınan çörəklə bağlı sosial şəbəkələrdə narazılıq yayılıb.

32gun.az xəbər verir ki, müştərinin iddiasına görə, üzərində 09.09.2025 tarixi göstərilən çörəyin hələ saxlama müddəti davam etsə də, məhsulun vəziyyəti normal olmayıb.

Şikayətdə qeyd olunur ki, mağazada geri qaytarılan məhsulların tarixinin dəyişdirilərək yenidən satışa çıxarılması halları baş verir. Müştəri bunu insanların sağlamlığına risk kimi qiymətləndirib.

32gun.az bildirir ki, “Grand-Mart” MMC-nin nizamnamə kapitalı 12019700 AZN, qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf Oğludur.

"Grand-Mart“ MMC-yə “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi daxildir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru