Zəfəran satışı ölkəyə 54 min 510 ABŞ dolları qazandırıb

Bu gün, 16:24           
Zəfəran satışı ölkəyə 54 min 510 ABŞ dolları qazandırıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 90 kiloqram zəfəran ixrac olunub.

Valyuta.az xəbər verir ki, sözügedən dövrdə zəfəran satışından ölkəyə 54 min 510 ABŞ dolları (təxminən 92 min 667 manat) gəlir daxil olub.

Beləliklə, ixrac edilən zəfəranın bir kiloqramının orta satış qiyməti 605,67 ABŞ dolları (təxminən 1 030 manat) təşkil edib.

Eyni dövrdə Azərbaycana xarici ölkələrdən 40 kiloqram zəfəran idxal olunub. Bu miqdarda məhsula görə 4 min 260 ABŞ dolları (təxminən 7 min 242 manat) xərclənib. Hesablamalara əsasən, idxal edilən zəfəranın bir kiloqram üçün orta qiyməti 106,5 ABŞ dolları (təxminən 181 manat) olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru