Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 17:05
Məlum olduğu kimi, bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib. Yeniavaz.comxəbər verir ki, qadağanın qüvvəyə minməsindən sonra Azərbaycanda nikahların sayı azalıb. Qeyd edək ki, iyul ayında ölkədə 2 694 nikah bağlanıb. Bu, əvvəlki – iyun ayı ilə müqayisədə təxminən 2 dəfə azdır. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə də nikahların sayı yüksək olub. Belə ki, 2024-cü ilin iyul ayında ölkədə 4 587 nikah bağlanıb. Bu ilin ilk 7 ayında Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub: Yanvar – 4 717 nikah Fevral – 3 024 nikah Mart – 3 465 nikah Aprel – 3 747 nikah May – 4 830 nikah İyun – 5 032 nikah İyul – 2 694 nikah