ABŞ bu ölkə ilə strateji dialoqu dayandırdı - Səbəb

Bu gün, 09:24           
ABŞ bu ölkə ilə strateji dialoqu dayandırdı - Səbəb
ABŞ rəsmi Priştina ilə strateji dialoqun dayandırıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-nin Kosovadakı səfirliyi bəyanat yayıb.

“ABŞ müvəqqəti Priştina hökumətinin gərginliyi və qeyri-sabitliyi artıran, ABŞ-ın ümumi prioritetlər üzərində məhsuldar işləmək imkanlarını məhdudlaşdıran hərəkətləri ilə bağlı narahatlıqlar səbəbindən planlaşdırılan strateji dialoqu qeyri-müəyyən müddətə dayandırıb. Biz ABŞ və Kosova xalqının ortaq maraqlarını inkişaf etdirməyə sadiqik. Kosova ilə münasibətlərimiz ümumi məqsədə əsaslanır: qarşılıqlı iqtisadi rifahın təməli kimi sülh və sabitliyin möhkəmləndirilməsi. Təəssüf ki, müvəqqəti Baş nazir Albin Kurtinin son hərəkətləri və bəyanatları uzun illər ərzində əldə edilmiş tərəqqiyə ziddir. Strateji dialoqun məqsədi ABŞ və Kosova xalqlarının rifahı naminə iqtisadi və diplomatik əlaqələri gücləndirmək olub. Ümid edirik ki, lazım gəldikdə bu cür səyləri gələcəkdə də davam etdirəcəyik. Bunun Kosovo xalqının prioritet məqsədi olduğunu bilirik”, - bəyanatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru