Milyonerlərin 67%, yoxsulların sadəcə 17%-nin etdiyi nədir?

Bu gün, 17:14           
Milyonerlərin 67%, yoxsulların sadəcə 17%-nin etdiyi nədir?
Maliyyə uğuru yalnız ağıllı ideyalar və sərmayə ilə deyil, gündəlik vərdişlərlə də sıx bağlıdır. Araşdırmalar göstərir ki, uğurlu insanların həyatında məqsəd qoyma vacib yer tutur.

Valyuta.az xəbər verir ki, milyonerlərin 67 %-i hər səhər konkret və fəaliyyətə yönəlik məqsədlər qoyur. Maraqlıdır ki, kasıb insanlar arasında bu göstərici cəmi 17 %-dir.

Bu fərq təsadüfi deyil. Beş il ərzində aparılmış araşdırma zamanı 233 varlı və 128 kasıb fərdin gündəlik vərdişləri təhlil edilib. Nəticə aydın olub: gündəlik məqsəd qoymaq, plan qurmaq və bu planlara uyğun hərəkət etmək maddi rifahda və şəxsi inkişafda mühüm rol oynayır.

“Locke və Latham məqsəd qoyma teoriyası”

Amerikalı psixoloqlar Edvin Loke və Qari Latham tərəfindən hazırlanmış nəzəriyyəyə görə, məqsədlər nə qədər aydın, çətin, ölçülə bilən və davamlı nəzarət edilən olarsa, onlara çatmaq ehtimalı bir o qədər yüksək olur.

Bu nəzəriyyəyə əsasən uğurlu məqsəd bu xüsusiyyətlərə sahib olmalıdır:

Aydınlıq - “uğurlu olmaq” deyil, “bu gün üç müştəri ilə görüşmək” kimi konkret hədəflər.

Çətinlik - asan və təhlükəsiz deyil, sizi bir addım qabağa aparacaq məqsədlər.

Öz razılığınızla qəbul edilmiş məqsəd - daxildən mənimsənilmiş hədəflər motivasiyanı artırır.

Geribildirim - nəticələri dəyərləndirmək və nəyin işlədiyini görmək üçün izləmə sistemi.

Tapşırığın mürəkkəbliyi - mürəkkəb məqsədləri kiçik addımlara bölmək uğurun açarıdır.

Gündəlik məqsəd qoymaq sadə görünsə də, milyonerlərin və uğurlu sahibkarların bu vərdişi mənimsəməsi təsadüfi deyil. Bu metod düşüncələri konkretləşdirir, fəaliyyəti sistemləşdirir və nəticə əldə etməyə yönəldir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru