Məşhur macar alimi Laszlo Rosonyi özünün “Tarixdə Türklük” adlı əsərində haqlı olaraq göstərmişdir ki: “Türk tarixi əngin və şərəflidir. Türklərin bəzi xalqlar kimi özlərinə əcdad yaratmasına ehtiyacları yoxdur. Qısaca olaraq bunu söyləyə bilərik ki, yazılı tarixlərdən minlərlə il öncə də Çində, Hindistanda, Mesopatomiyada, Misirdə, Anadoluda və Orta Avropada elə mədəni ünsürlərə rast gəlinir ki, bunların hərəkət nöqtəsini bozkır mədəniyyətində…, Türklərin cədləri arasında aramaq lazımdır” (Bax: Prof. Laszlo Rosonyi, Tarihte Türklük, Ankara 1971, səh. 65). Aydın Qasımlı TEREF