İş xanımı ilə fitnesçinin 550 min manatlıq qalmaqalı böyüyür: Hidayət Məhərrəmli səsyazısı yaydı VİDEO

Bu gün, 09:46           
İş xanımı ilə fitnesçinin 550 min manatlıq qalmaqalı böyüyür:
İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyon manatdan çox pulunu ələ keçirdiyini iddia edib.

Oxu.Az xəbər verir ki, Hidayət Məhərrəmli isə iddiaları təkzib edib. O, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini yazıb.

Mövzu ilə bağlı özünün sosial şəbəkə hesabında video paylaşan Hidayət xanımla anlaşdığını, lakin qadının sonradan anlaşmanı pozduğunu bildirib. Yayılan materialların onun şərəf və ləyaqətinin ləkələməyə yönəldiyini, səbəbini bilmədən insanları mühakimə etməmək lazım olduğunu qeyd edib.

Bildirib ki, o, 44 günlük müharibənin iştirakçısıdır və ölkəmizi beynəlxalq arenalarda təmsil edib:

“Mənə yaraşmaz ki, bir qadına qarşı zor və insanlığa yaraşmayan qeyri-etik hərəkətlər edim”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru