Donald Tramp kiçik qardaşını xəstəxanada ziyarət etdi

15-08-2020, 04:47           
Donald Tramp kiçik qardaşını xəstəxanada ziyarət etdi
ABŞ prezidenti Donald Tramp Nyu Yorkda xəstəxanaların birində müalicə alan kiçik qardaşı Roberti ziyarət edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidməti ABŞ prezidentinin xəstəxanaya gəlməsi və sonra binaya daxil olması ilə bağlı görüntüləri yayıb. Bundan başqa heç bir məlumat məlumat verilməyib.

"ABC News" adını çəkmədiyi mənbəyə istinadən R.Trampın “çox xəstə” olduğunu bildirsə də, xəstəliyinin nədən ibarət olduğunu açıqlamayıb.

Tramp mətbuat konfranslarını birində "Mənim əla münasibətlərim olan gözəl bir qardaşım var. O, indi xəstəxanadadır. Ümid edək ki, onda yaxşı olacaq" demişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.