ABŞ-ın keçmiş dövlət katibi: “Rusiya ilə ikinci soyuq müharibə riski yüksəkdir”

31-10-2020, 09:52           
ABŞ-ın keçmiş dövlət katibi: “Rusiya ilə ikinci soyuq müharibə riski yüksəkdir”
Prezident Donald Tramp administrasiyasının hərəkətlərindən sonra Vaşinqton praktiki olaraq bütün ölkələrlə düşmən münasibətdədir.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Corc Şultz söyləyib.

O, ABŞ-ın hətta Avropa və Asiyadakı yaxın müttəfiqləri ilə münasibətlərini korladığını qeyd edib.

Şultzun fikrincə, Vaşinqton diplomatiyanı hərbi təhdidlərlə əvəz edib: “Çin və Rusiya ilə münasibətlərimizdə ikinci soyuq müharibə vəziyyətinə yaxınlaşırıq”.

Vaşinqtonun müttəfiqləri ilə münasibətlərdə, keçmiş dövlət katibinin dediyinə görə, inamsızlıq çoxdur: “Bunu düzəltmək üçün illər lazımdır”.

Şultz Vaşinqtonu tərəfdaşlarına ABŞ-ın onlarla eyni demokratik dəyərləri paylaşdığını sübut etməyə və rəqiblərinə qlobal problemləri aradan qaldırmaq üçün birlikdə işləmək bacarığını göstərməyə çağırıb.

Xatırladaq ki, Corc Şultz 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olub. 2020-ci ilin dekabrında keçmiş diplomatın 100 yaşı tamam olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru