Avropa uğrunda savaş: Rusiya sıxışdırılır

7-04-2016, 00:41           
Avropa uğrunda savaş: Rusiya sıxışdırılır
Norveç özünün “Trol” qaz yatağındakı hasilatı artıracaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Hasilatın illik 33 milyard kub metrə çatdırılması nəzərdə tutulur. Rəsmi Oslo bununla Rusiyanı Avropa bazarında sıxışdırmağı hədəfləyir.

Üstəlik, tərəflər arasında aparılacaq qiymət savaşı ABŞ-ın Avropaya sıxılmış qazı üçün vəziyyəti çətinləşdirə bilər. Belə olacağı halda Vaşinqton öz qazını Brazilya və Hindistana yönəldəcək.

Qeyd edək ki, “Trol” Norveçin ən böyük yataqlarındandır. Burada qaz ehtiyatı 1,3 trilyon kub metr səviyyəsindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.