Ukrayna prezidenti Moskvaya getməyən liderlərə təşəkkür edib

8-05-2015, 12:16           
Ukrayna prezidenti Moskvaya getməyən liderlərə təşəkkür edib
Ukrayna prezidenti Pyotr Poroşenko Moskvada mayın 9-da təşkil olunacaq Qələbə paradına qatılmaqdan imtina edən xarici dövlətlərin başçılarına Ukrayna xalqı adından minnətdarlığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti mayın 7-də Polşanın Qdansk şəhərində "Avropaya inteqrasiya İkinci Dünya müharibəsindən sonra alınan dərs" mövzusunda təşkil olunan siyasi müzakirələrdə deyib.

O bildirib: "Mən faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr edilən təntənəli mərasimlərdə iştirakdan imtina edən dövlət başçılarına dərin təşəkkürümü çatdırıram. Mayın 8-də Ukrayna xalqı İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etmək üçün ilk dəfə avropalılara qoşulacaq. Mayın 9-da isə Moskvada parad keçiriləcək və orada indi Donetskdə tətbiq edilən silah göstəriləcək. Təbii ki, Ukrayna bu paradda iştirak barədə təklifi qətiyyətlə rədd etdi."

P.Poroşenko söyləyib ki, əgər Avropa Ukraynanı dəstəkləməyəcəksə, onda, o, özünü satmış olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.