Putin fikrini dəyişsə, Batya özünü qoruya bilməyəcək

3-12-2022, 10:18           
Putin fikrini dəyişsə, Batya özünü qoruya bilməyəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko heç vaxt cangüdənlərinin qayğısına qalmayıb. Çox güman, o, başa düşür ki, Rusiya Prezidenti Vladimir Putin onu öldürmək qərarına gəlsə, özünü qorumaq onun üçün çətin olacaq.

Axar.az xəbər verir ki, bunu siyasi strateq Mixail Şeytelman deyib.

"Lukaşenko heç vaxt təhlükəsizliyinin qayğısına qalmayıb. O, Putin deyil, gizlənmir. Məsələn, Putin saxta analarla görüşür, Lukaşenko isə inqilab olanda mitinqlərin, etirazların olduğu zavoda gəlir, onlarla danışmağa, hətta dalaşmağa başlayır. Orada hamı ona qışqırır, o isə cavabında "Yaxın gəl, danışaq" deyir. Lukaşenko təbiətcə belə bir insandır", - Şeytelman söyləyib.

Onun sözlərinə görə, Lukaşenkonun ətrafındakı hər ikinci şəxs FSB agentidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru